Türkiyədə 108 il sonra şəhid məzarlığı tapıldı - VİDEO


Balkan müharibəsində şəhid olmuş əsgərlərin məzarı tapılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Balkan müharibəsi vaxtı şəhid edilən Türkiyə əsgərlərinə aid ümumi məzarlıq aşkarlanıb. 1912-ci ildə paltarları ilə birgə dəfn edilmiş əsgərlərin üzərindən çıxan Osmanlı möhründən 30 əsgərdən 5-nin adı dəqiqləşib. Qazıntı aparan arxeoloqların sözlərinə görə, əsgərlərin yanında yemək qaşıqları və qablar da tapılıb. Qeyd edək ki, 1912-ci ildə Osmanlı dövlətinin Bulqarıstan, Yunanıstan, Serbiya kimi dövlətlə savaşdığı Balkan müharibəsi baş verib. Həmin ilin noyabr ayının 17-də, bir gecədə Türkiyənin 657 əsgəri şəhid edilmişdi.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top