İstanbuldakı Baş konsul: “Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız..." - AÇIQLAMA


"Vətəndaşlarımızın Azərbaycana göndərilməsi istiqamətində görülən tədbirlər cənab Prezidentin nəzarətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Məsim Hacıyev deyib.
Diplomat bildirib ki, konsulluğun əməkdaşları, o cümlədən özü iş günlərini İstanbulun aeroportlarında keçirir: “Bakıdan göndərilən çarter təyyarələri ilə vətəndaşlarımızı qruplar halında ölkəmizə göndəririk. Prezidentimizin verdiyi tapşırıq və göstərişlər əsasında bu işlər Bakıda çox dəqiq qurulub, biz də vətəndaşlarımızın vaxtında aeroportlara çatdırılaraq yola salınması işində heç bir ləngiməyə yol vermirik. Prosesi yenə eyni dəqiqliklə davam etdirəcəyik. Ona görə ölkəmizə getmək istəyən vətəndaşlarımızın Baş konsulluğumuzla əlaqələrini kəsməmələrini, müraciətlərini davam etdirmələrini xahiş edirik".
Qeyd edək ki, Azərbaycan Respublikasının İstanbuldakı xidmət dairəsinə Türkiyənin İzmir, Bursa, Antalya, Ədirnə, Tekirdağ, Çanakkale, Manisa, Uşak, Aydın, Muğla, Kocaeli, Sakarya və s. böyük vilayətləri daxildir.

DİGƏR XƏBƏRLƏR

Top