ABŞ-da ilk dəfə koronavirusa qarşı peyvənd sınaqdan keçirilir


Bu gün ABŞ-ın Vaşinqton ştatında ilk dəfə olaraq koronavirusa qarşı hazırlanmış peyvənd sınaqdan keçiriləcək.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sınaq ilk olaraq 45 yaşlı sağlam şəxs üzərində aparılacaq.
Virusa yoluxmadığı bildirilən həmin şəxsə peyvənd tətbiq edilməklə onun yan təsirləri müəyyənləşdiriləcək.
Səlahiyyətlilər koronavirusa yoluxmuş şəxslər üçün peyvəndin hazırlanmasının 8-12 ay ərzində mümkün olacağını bildiriblər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə dünyada 156 mindən çox insan koronavirusa yoluxub.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top