Türkiyədə COVİD-19-a yoluxanların sayı artdı


Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusa yoluxanların sayının artdığını bildirib.
Yeniavaz.com
DHA-ya istinadla xəbər verir ki, Türkiyədə yeni növ koronavirusa yoluxanların sayının 19-a çatdığı açıqlanıb. Verilən məlumata görə, təhlükəli virus səbəbilə Səudiyyə Ərəbistanından – ümrə ziyarətindən qayıdan bir çox Türkiyə vətəndaşı da həmin xəstəlik şübhəsi ilə karantinə götürülüblər. Onların 14 gün müddətində ayrı otaqlarda nəzarətdə saxlanacaqları deyilib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top