Azərbaycanda sabiq bələdiyyə sədri koronavirusla bağlı karantinə alındı - FOTO

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb.

Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.

Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.

Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyəsinin sədri vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top