İtaliyada bir sutkada 368 nəfər koronavirusun qurbanı olub


İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan 1 809 nəfər ölüb.

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20 603 nəfər təşkil edir.

Daha əvvəl İtaliyada koronavirusdan 1 441 nəfərin öldüyü, 17 750 nəfərin yoluxduğu bildirilirdi.//Report

DİGƏR XƏBƏRLƏR

Top