Azərbaycanda neçə nəfər karantindədir? - VİDEO

“Xüsusi Karantin Mərkəzində 94 Azərbaycan vətəndaşı var”.

Yeniavaz.com xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində mərkəzin nümayənədələrindən biri -  Dövlət Sərhəd Xidmətinin polkovniki Aliyə Piriyeva bildirib:

“Hazırda Mərkəzdə 94 Azərbaycan respublikasının vətəndaşı var.  Müvafiq olaraq tibbi personal onların temperaturunu ölçür. Karantin müddəti 14 gündür. Vətəndaşlar buraya daxil olduqları ilk gündə test analizləri götürülür. Bir həftə sonra analizlər təkrar götürülür. Analizlərin nəticələrində şübhə olmadıqda vətəndaşlar evə buraxılır”.

A.Piriyeva bildirib ki, hazırda Karantin Mərkəzinə yerləşdirilmiş şəxslər İrandan gələnlərdir.

Daha sonra karantində saxlanılanlardan qısa müsahibə alınıb.

Qeyd edək ki, Azərbaycanda 22 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 6-sı sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top