Azərbaycanda bu klub koronavirusa görə məşqləri müvəqqəti dayandırdı

Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarla əlaqədar olaraq, “Sabah” Futbol Klubu əsas, əvəzedici və akademiya komandalarının məşqlərini müvəqqəti olaraq dayandırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə klubun saytında bildirilib.

Qeyd edilir ki, bu addım kollektivin sağlamlığı nəzərə alınaraq, infeksiyaya yoluxmaq riskinin azaldılmasına hesablanıb.

DİGƏR XƏBƏRLƏR

Top