Çinin Xefey əyalətindəki bir şirkət 15 dəqiqə ərzində insanın koronavirusa yoluxub-yoluxmamasını aşkarlayan cihaz ixtira edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çinin Ankara səfirliyi rəsmi “Twitter” səhifəsində məlumat və video yayıb. Bildirilir ki, hər hansı bir şəxsdən alınmış qan nümunəsi sözügedən cihazın üzərinə tökülür və 15 dəqiqə ərzində nəticənin pozitiv və ya neqativ olması göstərilir.
İlkin sınaqların virusun meydana çıxdığl Çində aparılacağı bildirilir.
Qeyd edək ki, dünyada bu virusdan dünyasını dəyişənlərin sayı artıq 5 min 959 nəfərə çatıb.