Novruz Məmmədov koronavirusa görə ad günü mərasimindən İMTİNA ETDİ

"Heç zaman böyük doğum günləri keçirməyi xatırlamıram. Düzü, heç vaxt sevməmişəm".

Yeniavaz.com modern.az-a istinadla xəbər verir ki, bu fikirləri sabiq baş nazir, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Novruz Məmmədov 73 yaşının tamam olmasından danışarkən deyib.

N.Məmmədov koronavirus təhlükəsindən danışarkən bildirib ki, indiki halda insanların toplaşması məqsədəuyğun deyil:

"Bu gün koronavirus dünyanı cənginə alıb. Bütün ölkələrdə insanların sıx toplaşmasi məsləhət görülmür. Bizim evdə həmişə bir Novruz bayramı qeyd olunub. İkincisinə gərək yoxdur. Yəni indiki halda insanları başına toplayıb doğum günü keçirtmək belə doğru deyil. Hər halda təbrik edənlərə təşəkkür edirəm".

Novruz Məmmədov ali məktəblərin koronavirusa görə bağlandığını desə də, rəhbər işçilərin işə gedib-gəldiklərini də söyləyib:

"Təbii ki, belə şəraitdə orta və ali məktəblərin bağlanması doğru haldır. Ancaq rektor, prorektor, dekanlar hər gün işdə olur. Tədris prosesinin geri qalmaması üçün çalışırlar".

Xatırladaq ki, Novruz Məmmədov 1947-ci ilin 15 martında Babək rayonunda anadan olub. Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

DİGƏR XƏBƏRLƏR

Top