“Bu utanmazlığın və ikiüzlülüyün yüksək həddidir” – XİN-dən İrəvana SƏRT CAVAB

Ermənistan XİN-i açıqlama ilə çıxış edərək, yenidən tarix və demokratiya məsələlərində Azərbaycana qarşı ittihamlar səsləndirib.

Yeniavaz.com modern.az-a istinadla xəbər verir ki, məsələyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva cavab verib. XİN sözçüsü bildirib ki, Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur.

"Bu utanmazlığın və ikiüzlülüyün yüksək həddidir. Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə mülki şəxsin günahsız ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsas yoxdur. Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir". Ermənistan XİN-in bizi hörmətcil tonun olmamasında ittiham etməyə cəhd göstərməsinə gəldikdə isə Leyla Abdullayeva belə cavab verib: "Vurğulamaq istərdik ki, qarşı tərəfdə hörmətə layiq olan və ciddi subyekt olduğu təqdirdə tonumuz da hörmətcil olacaq".

DİGƏR XƏBƏRLƏR

Top