Gürcüstan-Azərbaycan sərhədində son vəziyyət - FOTOLAR

Gürcüstan-Azərbaycan sərhədi, “Qırmızı Körpü” buraxılış məntəqəsi bu gündən 10 gün müddətinə bağlanıb.

Yeniavaz.com baku.ws-ə istinadla xəbər verir ki, müvafiq qərardan vətəndaşların böyük əksəriyyəti xəbərsiz olduğu üçün buraxılış məntəqəsindən geri qayıdanlar olub.

Tranzit dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar.

Hər iki ölkə ərazisində olan beynəlxalq yükdaşıma ilə məşğul olan iritutumlu yük avtomobilləri də fərdi qaydada yoxlanışdan keçdikdən sonra növbə ilə ölkələrin ərazisinə buraxılır.

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu məntəqədə vəziyyəti nəzarətdə saxlayır. Mövcud vəziyyət martın 25-nə qədər davam edəcək.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.



DİGƏR XƏBƏRLƏR

Top