Azərbaycanın Türkiyədəki səfiriliyi koronovirusla əlaqədar “Qaynar xətt” yaradıb


Türkiyədəki Azərbaycan Səfriliyi koronovirus infeksiyasının yayılma riskilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.

Türkiyədəki Azərbaycan Səfriliyindən verilən məlumata görə, Türkiyə və Azərbaycan prezidentlərinin qərarından sonra hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılması ilə əlaqədar dünən gecə saatlarında səfrilik opertaiv xidmətə başlayıb.
Yeniavaz.com xəbər verir ki, səfriliyin mətbuat katibi Elvin Süleymanlı APA-ya açıqlamasında, yüzlərlə müraciətin olduğunu deyib. Onlar daha çox qısamüddətli səfər edənlərdir: “Müraciət edənlərin siyahısı tutulur. Aralarında dönüş biletləri olanlar çoxdur. Uçuş tarixi və saatı bəlli olduqdan sonra vətəndaşlarımızla əlaqə yaradılacaq və onlar Azərbaycana göndəriləcək”.
Səfriliyin mətbuat xidmətindən bildirlib ki, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımızın mümkün müraciətləri +905372826740 “Qaynar xətt"indən cavablandırılır.
Qeyd edək ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən şəxslər üçün çarter reyslər ayrılacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top