Tanınmış jurnalistin oğlu dünyanın ən reytinqli universitetinə qəbul olub - FOTO


Tanınmış jurnalist, ictimai fəal Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter elmləri ixtisasına qəbul alıb.
Yeniavaz.com
xəbər verire ki, bu barədə Qubad İbadoğlu öz feyzbuk səhifəsində məlumat yayıb. O qeyd edib ki, bu Abutalıbın ilk uğuru deyil: "Xatırlayırsınız ki, bu ilin yanvar ayının ortalarında Abulatıbın daha bir uğurundan bəhs etmişdim. O Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmişdı. Beynəlxalq olimpiada tarixində İnformatika üzrə ilk qızıl medal mükafatçısı Abutalıb Şahvələd oğlu Namazovun MİT-in kompyuter elmləri ixtisasını qazanması hər bir azərbaycanlı üçün fəxr ediləsi nailiyyətdir".
Qeyd edək ki, MIT "Quacquarelli Symonds" (QS) 2019-2020-ci il reytinqində dünya üzrə 1-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top