Koronavirus onu da vurdu – Makqreqorun ailəsinə ağır itki


Qarışıq idman növləri üzrə döyüşçü, irlandiyalı Konor Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib.

Yeniavaz.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə idmançı öz "Instagram" hesabında paylaşım edib. O bildirib ki, xalasının ölümü haqda bir neçə gün öncə məlumat alıb: "Mən daha yaşaya bilmirdim. Mənim bədbəxt xalam. Lənətə gəlmiş virus. Bu nə cəfəngiyyatdır".

Makqreqor həmçinin insanları gigiyenik qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i "COVID-19" koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top