ÜST bugünə qədər koronavirusdan ölənlərin, sağalanların və yoluxanların sayını AÇIQLADI


Yeni koronavirusa (COVID-19) yoluxanların sayı 146 314-ə çatıb.

Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının martın 14-nə olan statistikasında bildirilir ki, xəstələrdən 5442 nəfəri ölüb, 72 556 nəfəri sağalıb.
Məlumatda deyilir ki, Avropa ölkələrində vəziyyət çox ciddidir. Xüsusilə İtaliya, İspaniya, Fransa və Almaniyada yeni yoluxma halları artır. Norveç, İsveç, İsveçrə və Niderlandda da yoluxma faizi kifayət qədər yüksəkdir.
İran və Cənubi Koreyada da yeni yoluxma halları artır, İranda ölüm faizi isə rekord səviyyədə artmaqdadır.
Qeyd edək ki, Azərbaycanda 19 nəfərdə yeni koronavirus aşkarlanıb, onlardan 6-sı müalicə olunaraq sağalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top