MDB ölkələrinə satdığımız məhsullar onlardan aldığımızdan 3 dəfə azdır - SİYAHI


Yola saldığımız 2019-cu il ərzində Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə 1 milyard 178,4 milyon dollar dəyərində məhsul ixrac edib və həmin ölkələrdən 3 milyard 432,5 milyon dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com
MDB Dövlətlərarası Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycan və MDB-yə üzv ölkələr arasında həyata keçirilən ticarət dövriyyəsində 2 milyard 254,1 milyon dollarlıq mənfi saldo yaranıb.
Məlumat üçün bildirək ki, Tacikistan istisna omaqla digər MDB ölkələrinə satdığımız məhsulların dəyəri aldığımız məhsulların dəyərindən az olub. Nəticədə MDB ölkələrilə olan ikitərəfli ticarət əlaqələrində mənfi saldo qeydə alınıb.
Ötən il ərzində Belarusla olan ticarət dövriyyəmizdə 185,1 milyon dollarlıq (idxal 206,2 milyon, ixrac 21,1 milyon dollar), Qazaxıstanla olan ticarət dövriyyəmizdə 181,6 milyon dollarlıq (idxal 205,6 milyon, ixrac 24 milyon dollar), Qırğızıstanla olan ticarət dövriyyəmizdə 100 min dollarlıq (idxal 800 min, ixrac 700 min dollar), Moldova ilə olan ticarət dövriyyəmizdə 300 min dollarlıq (idxal 3 milyon, ixrac 2,7 milyon dollar), Rusiya ilə olan ticarət dövriyyəmizdə 1milyard 558,4 milyon dollarlıq (idxal 2,3 milyard, ixrac 731,8 milyon dollar), Türkmənistan ilə olan ticarət dövriyyəmizdə 179,5 milyon dollarlıq (idxal 202,6 milyon, ixrac 23,1 milyon dollar), Özbəkistan ilə olan ticarət dövriyyəmizdə 24,2 milyon dollarlıq (idxal 53,1 milyon, ixrac 28,9 milyon dollar), Ukrayna ilə olan ticarət dövriyyəmizdə 126,5 milyon dollarlıq (idxal 467,1 milyon dollar, ixrac 340,6 milyon dollar), Moldova ilə olan ticarət dövriyyəmizdə 1,7 milyon dollarlıq (idxal 4,8 milyon dollar, ixrac 3,1 milyon dollar)  mənfi saldo qeydə alınıb.
Qeyd etdiyimiz kimi, yalnız Tacikistanla olan ticarət dövriyyəmizdə mənfi saldo qeydə alınmayıb. Ötən il Tacikistana 3,3 milyon dollar dəyərində məhsul ixrac etsək də, bu ölkədən heç nə idxal olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top