Sabahın HAVA PROQNOZU


Martın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.  

ETSN-dən məlumata görə, gün ərzində mülayim şimal-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturu  gecə 6-10° isti, gündüz  12-15° isti, Bakıda  gecə 6-9° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer  təzyiqi  756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.  

Azərbaycanın rayonlarında da sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.  Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə  duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-10° isti, gündüz 13-18°  isti, dağlarda gecə 0-5° isti, gündüz  5-10°  isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top