Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ağsaqqalları, ağbirçəkləri ilə ənənəvi görüşləri davam etdirir.
Yeniavaz.com xəbər verir ki, başçı bu dəfə Mingəçevir kənd ağsaqqallardan birini – Allahverdi Əliyevi ziyarət edib və onun 80 illik yubleyini təbrik edib.
Qeyd edək ki, Allahverdi Əliyevi Mingəçevirdə müxtəlif sahələrdə çalışıb. Allahverdi Əliyev hazırda icra hakimiyyətində yaradılan məşvərət və şəhər ağsaqqallar şurasının üzvüdür. Şəhər rəhbəri yubliyarı şəhərin ictimai həyatında fəal iştirakına görə və anadan olmasının 80 illik yubleyi münasibəti ilə fəxri fərman və qiymətli hədiyyə təqdim edib. Allahverdi Əliyev göstərilən diqqətə görə başçıya təşəkkür edib.
Esmira Hidayətova, Mingəçevir