Paşinyan və xanımı koronavirus testindən keçəcək


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o və xanımı Anna Akopyan sabah koronavirus testindən keçəcəklər.

Baş nazir bu barədə özünün “Facebook” səhifəsində bildirib.

O, xatırladıb ki, bir neçə gün əvvəl arvadı ilə Braziliyada səfərdə olub və martın 7-də bu ölkənin prezidenti, birinci xanımı ilə görüşüb.

"Bu gün informasiya yayıldı ki, Braziliya prezidentində koronavirus aşkarlanıb. Sonra bu xəbər təkzib edildi, amma Anna və mən onsuz da yoluxmanı istisna etmək üçün sabah yoxlamaya gedəcəyik", - baş nazir deyib.

Paşinyan bildirib ki, indi onlar izolyasiya rejimindədirlər.//Report

DİGƏR XƏBƏRLƏR

Top