Xəstəxanalarda xəstələrin ziyarət edilməsi qadağan edildi - RƏSMİ


Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ  Qərargahdan məlumat verilib. 

Eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: “Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top