Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi QADAĞAN EDİLDİ


Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. 

Yeniavaz.com  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ  Qərargahdan verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir. 

Eyni zamanda saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.

DİGƏR XƏBƏRLƏR

Top