Azərbaycanda dollara tələbat bir qədər də artdı - MƏBLƏĞ


Bu gün – 13 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə baş tutan valyuta hərracında 265,2 milyon dollar satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici, 12 mart 2020-ci il tarixində keçirilən valyuta hərracında formalaşan tələbdən 44,4 milyon dollar və ya 20% çox olub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Onu da bildirək ki, son 4 gün ərzində hərracda 964,2 milyon dollar valyuta satılıb.
10 mart – 323,2 milyon dollar
11 mart – 155 milyon dollar
12 mart – 220,8 milyon dollar
13 mart – 265,2 milyon dollar

DİGƏR XƏBƏRLƏR

Top