Hansı ölkədə insanlar daha çox əmək haqqı alırlar? – MDB ölkələrinin SİYAHISI


Yola saldığımız 2019-cu ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında ən yüksək əmək haqqı Rusiyada verilib. Ötən il Rusiyada orta aylıq əmək haqqı 650 dollara (47 min 468 rubl) bərabər olub.
Yeniavaz.com
-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, Rusiyadan sonra ikinci sırada Belarus qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 474 dollar (1091 rubl) olub.
Azərbaycan bu siyahıda 7-ci sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 373 dollar (634,8 manat) olub.
MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə orta aylıq əmək haqqı Qazaxıstnada 462 (185 min 673 tengə), Ermənistanda 377 dollara (182 min 673 dram), Qırğızıstanda 245 dollara (17 min 166 som), Ukraynada 404 dollara (10 min 497 qrivna), Moldovada 425 dollara (7 min 356 leyə), Tacikistanda isə 138 dollara (1335,5 somoni) bərabər olub.
2019-cu ildə MDB-də orta aylıq əmək haqqı və artım tempi  
 
Ölkələr
Əmək
haqqı
Real
artım
Nominal
artım
 
 
Rusiya 650 $
(47 468 rubl)
2,9 % 7,5 %  
Belarus 474 $
(1091 rubl)
7,3 % 13,3 %  
Qazaxıstan 462 $
(185 487 tengə)
8,5 % 14,3 %  
Moldova 425 $
(7 356 ley)
8,9 % 14,1 %  
Ukrayna 404 $
(10 497 qrivna)
9,7 % 18,4 %  
Ermənistan 377 $
(182 673 dram)
4,3% 5,8%  
AZƏRBAYCAN 373 $
(634,8 manat)
13,6 % 16,6 %  
Qırğızıstan 245 $
(17 166 som)
4,7 % 5,9 %  
Tacikistan 138 $
(1335,5 somoni)
- 7,9 %  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top