Koronavirusa qarşı bu tibbi vasitələri cibinizdə və ya çantanızda saxlamağı unutmayın


Koronavirus dünyada sürətlə yayılmağa davam edir. Belə ki, yeni növ koronavirus indiyə qədər dünyanın 120-dən çox ölkəsində yayılıb. Bu virus səbəbilə baş verənlər isə insanları qorxuya salıb. Nəticədə insanlar virusdan qorunmaq üçün fərqli yollar axtarır və müxtəlif tədirlər görür.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim Oğuz Özyaral virusdan qorunmaq üçün cibimizdə və çantamızda bu əşyaları saxlamalı olduğumuzu deyib: “Narahatlığınızı başa düşürəm, amma panika yaratmağa ehtiyac yoxdur. Virusa qarşı müdafiə tədbirləri çox sadədir. Belə ki, virusdan qorunmaq üçün cibinizdə və ya çantanızda sulu solfet, quru solfet, tibbi maska və antiseptik məhlul saxlayın.
Məsələ ilə bağlı danışan professor, virusun quru əşyalara keçmədiyini bildirib: “Virusların hamısı ağızdan çıxan damcı infeksiyası adlandırdığımız tüpürcək hissəcikləri vasitəsi ilə ötürülür. Heç bir halda quru material, əşya üzərində virusa rast gəlmək mümkün deyil. Virus xəstə insanlarla təmasda olduğumuz zaman yoluxa bilər. Hal-hazırda infeksiya insandan insana keçərək çoxalır”.
Həkim virusdan qorunmaq  üçüb lazım olan tədbirləri sadalayıb:
-Xəstə insanlarla yaxın təmasda olmayın.
 -Əllərinizi su və sabunla ən azı 20-30 saniyə yuyun.
-Asqırdıqda və öskürdükdə ağız və burnunuzu kağız solfetlə örtün. Əgər üzərinizdə kağız solfet yoxdursa dirsəyinizin iç tərəfinə doğru öskürün və asqırın.
-Məcbur olmadığınız halda xarici səfərlərə çıxmayın.
-Xəstəliyiniz varsa həkimə müraciət edin.
-İnsanların sıx olduğu yerlərə və karantina bölgələrinə girməyin.
-Məcbur olmadığı halda küçəyə çıxmayın.
-İmmunitet sisteminizi gücləndirmək üçün mövsümə uyğun olan meyvə və tərəvəzlərlə qidalanın.
-Ev, sinif, iş yeri kimi qapalı yerlərin havasını tez-tez dəyişin.
-Maskayı sadəcə lazım olan hallarda istifadə edin. Bütün maskalar viral infeksiyalardan qoruma mexanizminə malik deyil.
Lalə Cəfərli
 

 
 
 

DİGƏR XƏBƏRLƏR

Top