Koronavirusun Çində dekabrdan əvvəl yayılmağa başladığı məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çinin "South China Morning Post" qəzetinin yaydığı məlumata görə, yeni növ koronavirus Çində 8 dekabrda deyil, 17 noyabrda ortaya çıxıb. Həmin mətbuat orqanı 17 noyabr tarixində Ubey əyalətində 55 yaşlı bir Çin vətəndaşında koronavirus aşkarlandığını bildirib. Bu barədə sənədlər yayımlayan "South China Morning Post" qəzetində bildirilib ki, məhz 17 noyabr tarixindən sonra koronavirus bütün dünyaya yayılmağa başlayıb. Bu hadisə səbəbilıə hazırda Çində araşdırma aparılır.
Qeyd edək ki, Çinin Səhiyyə Nazirliyi Çində yeni növ koronavirusun 8 dekabrdan sonra ortaya çıxıdığını bildirmişdi.
Xatırladaq ki, COVİD-19 dünyada 135 mindən çox adama yoluxub.
Ruslan Yusibov