Siyavuş Novruzovdan əhaliyə ÇAĞIRIŞ

“Bu gün Azərbaycanda yalandan ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. 

O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə yaşayanlar bu ajiotajı qızışdırır:

“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır, dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. Üç-beş adamın şərhlərinə uymamalıdırlar”. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top