Sumqayıtda koronavirusla mübarizə məqsədilə komissiya yaradıldı


Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, komissiya şəhər sakinlərinə müraciət edib. Müraciətdə bildirilir ki, 2019-cu ilin dekabr ayından Çinin Uhan şəhərində ilk qeydə alınan koronavirus epidemiyası dünyanın 100-dən çox ölkəsində qeydə alınıb və yayılmaqdadır: “Ölkəmizdə, eləcə də şəhərimizdə koronavirusa qarşı aparılan tədbirlər ən yüksək səviyyədə davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır”.

Komissiya koronavirusa yoluxmanın və yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə tövsiyələrini verib:

1. Ev şəraitində əsas proflaktik tədbirlərə ciddi riayət edin ( sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə te-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın).

2. Özünüz və ailə üzvləriniz insanların sıx toplaşdığı yerlərə (ticarət və əyləncə mərkəzlərinə, parklara, meydanlara, şənlik mərasimlərinə və s. ) hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə getməkdən çəkinin.

3. Televiziya kanallarında bu təhlükəli epidemiya ilə bağlı maarifləndirici verilişlərə baxmağınız çox vacibdir.

4. Hər hansı qripəbənzər simptomlar müşahidə olunarsa (hərarət, öskürək, ürəkbulanma, qusma, başağrıları, ümumi halsızlıq, tənginəfəslik, boğulma və s.), mütləq həkimə müraciət edin.

5. Siz bununla həm özünüzü, həm də ailə üzvlərinizi və bütövlükdə ictimaiyyətin sağlamlığını qorumuş olursunuz.

DİGƏR XƏBƏRLƏR

Top