Tualetdən çıxandan sonra əllərini yuyan və yumayan xalqlar - Ölkələrin SİYAHISI


Dünyada sürətlə yayılan koronavirusdan qorunmağın ən təsirli vasitələrdən biri kimi əllərin sabunla tez-tez yuyulması göstərilir.
Yeniavaz.com xəbər verir ki, bir-neçə il əvvəl “Gallup International” təşkilatı müxtəlif ölkələrdə tualetdən çıxandan sonra əllərin yuyulması barədə barədə maraqlı sorğu keçirib.
Azərbaycanın yer almadığı sorğu nəticəsində məlum olub ki, bu sahədə ən pis vəziyyət bu gün koronavirusun mənbəyi hesab olunan Çində qeydə alınıb. “Gallup International” təşkilatının açıqladığı hesabatda göstərilir ki, Çin əhalisinin cəmi 23%-i tualetdən çıxdıqdan sonra əllərini sabunla yuyur.
Sorğu keçirilən ölkələr arasında ən yaxşı vəziyyət Səudiyyə Ərəbistanında qeydə alınıb. Bu ölkədə tualetdən çıxdıqdan sonra əllərini sabunla yuyanların göstəricisi 97% olub. Bosniya və Herseqovinada insanların 96%-i, Türkiyədə isə 94%-i tualetdən çıxdıqdan sonra əllərini sabunla yuyurlar.
Çinlə birgə siyahının son sıralarında yer alan Yaponiyada insanların 30%-i, Cənubi Koreyada isə 39%-i tualetdən çıxdıqdan sonra əllərini sabunla yuyurlar.
Avropa ölkələri arasında ən pis vəziyyət İtaliyada və Hollandiyada müşahidə olunmaqdadır. İtaliyda tualetdən çıxdıqdan sonra əllərini sabunla yuyanların göstəricisi 57%, Hollandiyada 50% olub. İtaliyadan bir az yaxşı vəziyyət 61% ilə İspaniyada, 62% ilə Fransada, 63% ilə Rusiyada qeydə alınıb.
Tualetdən çıxdıqdan sonra əllərini sabunla yuyanların sorğunun keçirildiyi ölkələr üzrə nisbəti aşağıdaki kimi olub:
Səudiyyə Ərəbistanı - 97%
Türkiyə - 94%
Bosniya və Herseqovina - 94%
Əlcəzair - 94%
Vyetnam -  93%
Cənubi Afrika Respublikası - 93%
Kolumbiya - 93%
Gürcüstan - 91%
Yunanıstan - 85 %
Portuqaliya - 85%
Ermənistan - 84%
Rumıniya - 84%
Argentina - 80%
Nigeriya - 80%
Qazaxıstan - 79%
Almaniya - 78%
İsveç  - 78%
ABŞ - 77%
Finlandiya - 76%
Kanada  - 76%
İngiltərə - 75%
İrlandiya -74%
İsveçrə - 73%
Braziliya - 73%
Çexiya - 71%
Ukrayna - 71%
Əfqanıstan - 71%
Polşa - 68%
Meksika  - 68 %
Avstraliya - 67%
Pakistan - 65%
Rusiya - 63%
İndoneziya - 62%
Hindistan  - 60%
Kenya - 52%
Cənubi Koreya - 39%
Yaponiya - 30%
Çin - 23%

DİGƏR XƏBƏRLƏR

Top