Kanadanın baş nazirinin yoldaşı da koronavirusa yoluxdu


Kanadanın Baş naziri Castin Trüdonun həyat yoldaşı Sofi Trüdo koronavirusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Baş nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, S. Trüdonun vəziyyəti yaxşıdır və göstəricilər normaldır.
Bildirilib ki, Baş nazir Castin Trüdo da 14 gün müddətində karantində saxlanılacaq. Amma koronavirusun heç bir əlamətini göstərmədiyi üçün o, bu xəstəliyə görə yoxlanılmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top