İran Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar istədi


İranda korona virusa yoluxanların sayı 10075-ə ölənlərin sayı isə 430-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyində yaradılmış operativ qərargahdan bilidiriblər. Məlumatda qeyd olunur ki, son 24 saat ərzində virusa 75 adam yoluxub. Bununla yanaşı, 3 minə yaxın adam xüsusi xəstəxanalarda müalicə alaraq sağalıblar.

İranın Mərkəzi Bankının sədri Əbdülnasir Himməti korona virusa qarşı aparılan mübarizənin səmərəsini artırmaq məqsədilə Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit istəyib.

Ə. Himmətinin BVF-nun rəhbəri Kristina Laqarda ünvanladığı məktubda deyilir ki, fond virusla mübarizə üçün 50 milyard dollar vəsait ayırıb. İranda virusun geniş yayılması və ABŞ-ın sanksiyaları nəzərə alınmaqla 5 milyard kreditin verilməsi istənilib.

DİGƏR XƏBƏRLƏR

Top