Bakıda “Mercedes” piyadanı vurub öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan ortayaşlı kişi piyada üçün müəyyən edilməmiş hissədən yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada İlqar Abbasov hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hadisənin baş verdiyi yolda (Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyasından şəhər istiqamətinə gələn hissəsində) avtomobillərin hərəkət məhdudlaşdırılıb.//APA

 

DİGƏR XƏBƏRLƏR

Top