Azərbaycanda bu markalı benzinlər ucuzlaşır

Azərbaycanda Aİ-95 və Aİ-98 markalı​ benzinlər ucuzlaşacaq.

Yeniavaz.com oxu.az-a istinadən məlumat verir ki, bu marka yanacaqların qiyməti martın 13-dən etibarən aşağı düşəcək.

Belə ki, həm premium benzinin, həm də super benzinin qiymətinin 20% ucuzlaşacağı gözlənilir. Saat 00:00-dan ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti 1,20 manat təşkil edəcək. Aİ-98 markalı benzin isə 1,40 manat olacaq.

Qeyd edək ki, Aİ-95 markalı benzinin bir litri 1.5 manata, Aİ-98 markalı benzinin bir litri isə 1.6 manata satılırdı.

DİGƏR XƏBƏRLƏR

Top