Dollara tələbatın artması Azərbaycanda hansı problemlərə səbəb ola bilər? - EKSPERTDƏN AÇIQLAMA


Son zamanlar dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması insanlar arasında devalvasiya təşvişini yaradıb.
Buna görə də Azərbaycanda dollara təlabat kəskin şəkildə artıb. Hər kəs əlində olan manat ehtiyatını dollara çevirmək istəyir. Bəs insanların dollara olan tələbatı ölkədə hər hansı problem yarada bilərmi? Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı ekspert  Natiq Cəfərli insanların təşvişinin normal olduğunu və ölkədə kifayət qədər vəsait olduğunu bildirdi: “İnsanlar arasında belə təşvişin olmağı normaldır. Çünki ölkədə 2015-ci ildə iki dəfə devalvasiya oldu və onlar arasında artıq yenidən bu gözlənti var.  Onagörə insanlar əllərində olan manat ehtiyatını dollara çevirirlər. Ümumi götürsək ölkədə 8,6 milyard dollar manat depoziti var. İnsanların 2-4 milyard manata yaxın da “yastıqaltı”vəsait var.  Bu da ümumilikdə 10-12 milyard manat vəsait edir və təbii ki, müəyyən qədər valyuta bazarına basqı yarada bilər. Çünki Neft Fondu bu il hərraclar vasitəsi ilə 6 milyarddan çox dollar satmalıdır. Mərkəzi Bankın ehtiyyatları da 6 milyarddır. Bu iki amili birləşdirsək, tələbi ödəmək mümkündür. Amma biz idxaldan da asılı ölkəyik. Hər ay 1,1-1,2 milyard dollarlıq xaricdən mal gəlir. Beləliklə də valyuta ölkədən çıxacaq. Bu il 12-14 milyard dollar vəsait ölkədən çıxmalıdır ki, qıtlıq yaranmasın”. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top