Mingəçevirdə qəza: 3 nəfər xəsarət aldı - VİDEO - YENİLƏNİB


Mingəçevirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 
Yeniavaz.com xəbər verir ki, onlar Mingəçevir sakinləri - 1991-ci il təvəllüdlü Hüseynov Xəyal Kamil oğlu, 1993-cü il təvəllüdlü Abyakullahi Ruhangiz Elbrus qızı və 1989-cu il təvəllüdlü  Allahverdiyeva Aygün Qaçay qızıdır. Yaralı qadınlardan birinin durumu ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

***    12 mart, 19:40
Mingəçevirdə yol qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, qəza M. Maqomayev prospektində baş verib.
“VAZ 2106” və “VAZ 2115” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top