Koronavirusa yoluxan, ölən yüksək vəzifəli ŞƏXSLƏR – SİYAHI


Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus məşhurlarla yanaşı bir çox ölkə məmurlarına da yoluxub.
Yeniavaz.com “COVİD-19”-a yoluxan millət vəkili, nazir və nazir müavinlərinin siyahısını təqdim edir: Britaniyanın səhiyyə nazirinin pasiyentlərin təhlükəsizlik məsələləri üzrə müavini Nadin Dorris koronavirusa yoluxanlardandır.  Bu barədə nazir müavini özü məlumat vermişdi. "Koronavirusla bağlı analizlərimin müsbət nəticə verdiyini təsdiq edə bilərəm. Bu barədə mənə məlumat verən kimi evdə bütün lazımi tədbirləri gördüm və özümü təcrid etdim” – deyə, Dorris qeyd edib.

Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadzen də koronavirusa yoluxub.  Bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Koronavirusun ən sürətlə yayılan ölkələrdən biri də İrandır. İranın Səhiyyə nazirinin müavini İreç Herirçi koronavirusa yoluxub. Bu faktı, nazir müavini özü təstiq edib. 

İranda Fatimə Rəhbər adlı millət vəkili də koronavirusa yoluxub. O, ötən gün komaya düşərək dünyasını dəyişib.  Bildirilir ki, 56 yaşlı Fatimə Rəhbər fevralın 21-də keçirilən parlament seçkilərində millət vəkili seçilibmiş. Bundan əlavə, iranlı millət vəkili Məhəmməd Əli Ramazani də xəstəlikdən ölüb.

İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri də koronavirusa yoluxanlardandır. Bundan başqa İranın Turizm, Mədəni irs və Sənətkarlıq naziri Əli Əsgər Munesan və Ticarət, Sənaye və Mədənlər naziri Rza Rəhmani də “COVİD-19”a yoluxub. Siyahıda, həmçinin İran rəhbəri və ali lider administrasiyasının üzvü Məhəmməd Cavad İrəvani də var.

Koronavirusa yoluxan bir digər deputat isə İspaniya parlamentindəndir. Kadis şəhərini təmsil edən Karlos Sambrano Qarsiya koronavirusa yoluxub. O, öz evində karantinə alınıb. 
İspaniyada Xavyer Orteqa Smit adlı deputat da koronavirusa yoluxub. 

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top