Keçmiş Ağdərə rayonunun Sırxavənd, Bəşirlər, Qaraşlar, Manikli, Tellibinə, Xatınbəyli, Talalar, Orta Güney və Baş Güney kəndlərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 28 il ötür.
Yeniavaz.com xəbər verir ki, işğala qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayandan Qarabağın digər ərazilərində olduğu kimi, Ağdərənin azərbaycanlılar yaşayan kəndləri də erməni silahlı birləşmələrinin hücumlarına məruz qalıb. Bu kəndlərin əhalisi öz ata-baba yurdları uğrunda erməni işğalçılarına qarşı dörd il mübarizə aparıb, onlarla şəhid veriblər. 1992-ci il martın 12-də strateji əhəmiyyətə malik Xankəndi - Ağdərə yolu üzərində yerləşən Sırxavənd, Bəşirlər, Qaraşlar, Manikli, Tellibinə, Xatınbəyli, Talalar, Orta Güney və Baş Güney kəndləri işğal edilib. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğal nəticəsində Azərbaycan xalqına məxsus mədəni irs talan edilib, xüsusiyyətləri saxtalaşdırılıb və infrastrukturu dağıdılıb. Hazırda məcburən köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan həmin kəndlərin sakinləri doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
1. Məlikli: 8 şəhid. Qarabağ əlili 8
2. Xtinbeyli: 3 şəhid.
3. Sırxavənd: 18 şəhid. Qarabağ əlili 19
Baş Güney: 23 şəhid 5 Qarabağ elili
Yeni qaralar: 5 şəhid 2 Qarabağ əlili
Esmira Hidayətova