Sumqayıtın helikopterlərlə dezinfeksiya ediləcəyi xəbəri ilə bağlı - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb. 

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə yayılmış bu məlumatlar həqiqəti əks etdirmir: "Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar şəhər ərazisində yerləşən inzibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri də hər günü dezinfeksiya edilir". (APA)

DİGƏR XƏBƏRLƏR

Top