Böyük Britaniya Xəzinədarlığının Baş Kansleri Rişi Sunakın əlində tutduğu qovluq insanların təəccübünə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, “Sky News” televiziyasında yayımlanan kadrlarda Rişi Sunakın əlində tutduğu qırmızı qovluğun öz rəngini dəyişdiyi görülüb.
Kadrlardan belə görünür ki, Baş kansler yaşadığı binadan çıxan zaman əlində qırmızı qovluq olub, lakin, o avtomobilin arxasına keçir və yenidən göründyü zaman əlindəki qovluğun rəngi yaşıl olur.
Televiziyada yayımlanan bu kadralar İngiltərədə geniş müzakirələrə səbəb olub. İnsanlar qovluğun rənginin belə sürətlə necə dəyişdiyini izah etməyə çalışırlar.
Bundan başqa “Sky News” televiziyası Böyük Britaniya Xəzinədarlığının Baş Kansleri Rişi Sunak tərəfindən nümayiş etdirilən və içərisində büdcə zərfinin olduğu başqa bir çantanın da rənginin dəyişdiyini göstərən daha bir kadr yayımlayıb.
Bundan sonra ölkədə qovluq və çantanın rənginin dəyişməsi ilə bağlı müzakirələr bir qədər də artıb. Sosial şəbəkə istifadəçilərinin bir çoxu iddia edir ki, əslində bu qovluqda qeyri-adi heç nə yoxdur. Qovluğun rəngi “Sky News” televiziyası tərəfindən montaj edilərək dəyişdirilir.