Çində koronavirusa qarşı mübarizə aparan Milli Səhiyyə Komissiyasının xüsusi səlahiyyətlər verdiyi heyətin rəhbəri Çjon Nanşan qlobal həddə çatan pandemiyanın iyun ayında bitəcəyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla verir ki, Nanşan həmçinin xəstəlikdən sağalanların yenidən yoluxma ehtimalının da çox az olduğunu bildirib.
Qeyd edək ki, 83 yaşlı Ç. Nanşan 2002-ci ildə Çində meydana çıxan SARS virusunu kəşf edən şəxsdir. O 2005-2009-cu illərdə Çinin Milli Səhiyyə Komissiyasına rəhbərlik edib.