Prezidentin səfir təyin etdiyi şəxs Allahşükür Paşazadənin kürəkənidir - FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə Adış Məmmədov Azərbaycan Respublikasının Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, Adış Məmmədov bundan əvvəl də səfir vəzifəsində çalışıb.

Belə ki, Adış Məmmədov 2013-cü ilin 12 avqustunda Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri postuna gətirilib.

2018-ci ilin noyabrında o, vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, Adış Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir.

O, Allahşükür Paşazadənin qızı Əmanət Paşazadənin həyat yoldaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top