İşsizlərin ən çox və ən az olduğu ölkələr - SİYAHI


Bu ilin əvvəlinə olan məlumata görə Türkiyədə 15-24 yaşlarında gənclərin 25%-i işsizdir.
Yeniavaz.com
 Türkiyə Statistika İdarəsinin açıqladığı sonuncu göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Türkiyədə işsiz  gənclərin sayı 0,5% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin əvvəlində Türkiyədə işsizlərin sayı 92 min nəfər artaraq 4 milyon 394 min nəfərə çatıb. Nəticədə ölkədə işsizlik səviyyəsi 13,7%-ə yüksəlib.
İşləyən insanların sayı isə əvvəlki illə müqayisədə 3 min nəfər artaraq 27 milyon 658 min nəfərə çatıb. İşləyən insanların 32,3%-i isə qeyri-rəsmi olaraq çalışıb.
Məlumat üçün bildirək ki, dünyada ən yüksək işsizlik səviyyəsi isə Konqoda qeydə alınıb. Afrikanın və dünyanın ən kasıb ölkələrindən biri olan Konqoda iqtisadi fəal əhalinin təxminən yarısı – 46,1%-i işsizdir. Dünyada işsizliyinin ən yüksək olduğu ölkələrin siyahısnda ilk 5-liyi Nambiya (33,4%), Bosniya və Hersoqovina (32,6%), Anqola (31,8%) və Cənubi Afrika (29,1%) tutur.
Dünyada ən aşağı işsizlik səviyyəsi Qətərdə qeydə alınıb - cəmi 0,1%. İşsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrin sıralamasında Kamboca (0,1%), Belarus (0,3%), Niger (0,3%) və Laos (0,6%) yer alır.
Onu da qeyd edək ki, region ölkələrindən Tacikistanda iqtisadi fəal əhalinin 2,1%-i, Qırğızıstanda 3%-i, Türkmənistanda 3,9%-i, Moldovada 4,3%, Rusiyada 4,7%-i, Qazaxıstanda 4,8%-i, Azərbaycanda 5,2%-i, Özbəkistanda 5,5%-i, Ukraynada 7,3%-i, İranda 10,4%-i, Gürcüstanda 12,7%, Ermənistanda isə 18%-i işsizdir.

DİGƏR XƏBƏRLƏR

Top