Prezidentin səfir təyin etdiyi Elmira Axundovanın DOSYESİ

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

E.Axundova nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatıdır. 

2003-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 

2018-ci ilin mayın 25-də dövlət başçısının digər sərəncamı ilə Elmira Axundovaya Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycanın “Xalq yazıçısı” fəxri adı verilib.

DİGƏR XƏBƏRLƏR

Top