Koronavirusa yoluxan, karantinə alınan MƏŞHURLAR – SİYAHI


Bütün dünyanı öz cəginə alan koronavirusdan ölənlərin və yoluxanların sayı get-gedə artmaqda davam edir. Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. COVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, 120-dən çox ölkədə yayılıb. Sözügedən virusa bir çox məşhur da yoluxub.
Yeniavaz.com
bugünə qədər koronavirusa yoluxan məşhurların siyahısını təqdim edir:
Siyahıya ilk olaraq bu gün virusa yoluxma xəbəri çıxan məşhur Hollivud aktyoru Tom Henks ilə başlayaq. Kino çəkilişləri üçün Avstraliyada olan 63 yaşlı aktyor xəstəliyin simptomlarının göstərdiyini, bədənində üşütmə olduğunu bildirib. Aktyor çəkilişlərə həyat yoldaşı Rita Uilson ilə getdiyini və onun da koronavirusa yoluxduğunu qeyd edib.
Tanınmış Hollivud ulduzu Tom Kruz da ötən həftələrin birində koronavirus şübhəsi ilə İtaliyada karantinə alınıb. “Çətin Tapşırıq 7” (“Mission Impossible 7”) filminin İtaliyanın Venesiya şəhərindəki çəkilişləri zamanı baş rol ifaçısı ilə yanaşı digər aktyorlar da koronavirus şübhəsi ilə karantinə götürülüblər. Filmin çəkilişlərinin isə dayandırıldığı bildirilib.
İtaliyalı aktyor Luka Françis də koronavirusa yoluxan məşhurlardandır. O, ötən gün sosial şəbəkədə bacısının koronavirusdan ölməsi ilə bağlı video yayımlamışdı. Sənətçi qeyd etmişdi ki, bacısı ölən zaman ona süni nəfəs verib. Məlumata görə, bu gün sənəti və ailəsi karantinə alınıb.  
Koronavirusa yoluxan bir diğər məşhur isə Danimarka yığmasının sabiq futbolçusu Tomas Kalenberqdir. Amsterdamdan qayıdan 36 yaşlı Kalenberq Danimarka çempionatında çıxış edən “Bröndbü” və “Lünqpü” komandalarının görüşməsini canlı izləyib. Bundan sonra 2010-cu ildə keçirilən futbol üzrə dünya çempionatının iştirakçısında koronavirus aşkar edilib. Kopenhageni təmsil edən “Bröndbü”dən verilən məlumata əsasən, Kalenberqlə təmasda olan klubun 13 əməkdaşı, o cümlədən, müdafiəçi Yoel Kaponqko, köməkçi məşqçi Martin Retov və baş direktor Ole Palma ev karantininə göndərilib. Həmçinin, Kalenberqlə görüşən üç “Lünqpü” futbolçusu – Martin Örnsqov, Kasper YorqensenPatrik da Silva əsas heyətdən təcrid edilib.
KİV-də yayılan məlumata görə “Barselona”nın kapitanı Lionel Messi də Argentinada karantina alınacaq. Buna səbəb sözügedən ölkədə koronavirusun yayılma ehtimalının qarşısını almaqdır.
Koronavirusa yoluxan futbolçulardan biri də "Yuventus"un tanınmış oyunçusu Daniel Ruqanidir. Onda müayinə zamanı koronavirus aşkarlanıb. Həkimlər bildirib ki, oyunçuda "Covid-19" testləri müsbət çıxsa da onda xəstəliyin heç bir əlaməti olmayıb. Ruqani ilə ünsiyyətdə olan bütün komanda yoldaşları isə bu səbəblə karantinə götürülüb.
İtaliyanın “Pyaneze” klubunun üç futbolçusu və bir əməkdaşı da koronavirusa yoluxub. Lakib koronavirusa yoluxan futbolçuların adları açıqlanmayıb. Bildirilir ki, “Pyaneze” klubunun futbolçuları və məşqçi heyəti 15 günlük nəzarətə alınıb.
Qeyd edək ki, Honkonqun məşhur aktyoru Ceki Çanın da koronavirusa yoluxduğu və karantinə alınması ilə bağlı xəbərlər yayılmışdı. Bildirilib ki, 65 yaşlı aktyorun olduğu tədbirdə qonaqların birində koronavirus aşkar edilib. Buna görə də aktyor və həyat yoldaşı tədbirdən sonra karantinə alınıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top