İranda koronavirusdan qorunmaq üçün bu yola əl atdılar - 73 nəfər dünyasını dəyişdi


İranda saxta içki səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İranda koronavirusdan saxta spirtli içki səbəbilə qorunmağa çalışan 73 nəfər dünyasını dəyişib. Saxta içki səbəbilə ölənlərin 46-sı Xuzistandan, 15-i Elbruz, 12-si isə Mazandaran əyalətindəndir. İranın rəsmi xəbər agentliyi "IRNA"nın məlumatına görə, mart ayının 6-dan bugünə qədər İranda 500-dən çox insan saxta içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top