"Yuventus"un məşhur futbolçusu koronavirusa yoluxdu, komanda karantinə götürüldü


İtaliyanın A seriyasının komandası "Yuventus"un oyunçusu koronavirusa yoluxub. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, "Yuventus"un tanınmış oyunçusu Daniel Ruqanidə müayinə zamanı koronavirus aşkarlanıb. Həkimlər bildirib ki, oyunçuda "Covid-19" testləri müsbət çıxsa da onda xəstəliyin heç bir əlaməti olmayıb. Ruqani ilə ünsiyyətdə olan bütün komanda yoldaşları isə bu səbəblə karantinə götürülüb.
Qeyd edək ki, bugünə qədər İtaliyada 847 nəfər koronavirus səbəbilə dünyasını dəyişib, 12 min 462 nəfər isə həmin xəstəliyə yoluxub.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top