Paşinyan 3 nəfərin koronavirusa yoluxmasından yazdı


Ermənistanda yeni koronavirusa üç yoluxma halı qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində qeyd edib.

“Təəssüf ki, bizdə üç nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan ikisi, 42 və 47 yaşlı şəxslər Ermənistan vətəndaşları, digəri isə ölkəmizdə işləyən 51 yaşlı İtaliya vətəndaşıdır. Onların hamısı İtaliyada səfərdə olublar. İtaliyalı və Ermənistanın bir vətəndaşının heç bir şikayəti yoxdur. Amma, digər  Ermənistan vətəndaşında pnevmoniya aşkar edilib”.

DİGƏR XƏBƏRLƏR

Top