Yerli bal ucuzdur, yoxsa xaricdən gətirilən? – Son 4 ilin RƏQƏMLƏRİ


2019-cu ildə 31 min 41 təsərrüfatda mövcud olan 542,8 min arı ailəsindən 5 min 781,3 ton bal, 156,1 ton mum, 15,8 ton vərəmum, 14,1 ton güləm və 609,7 kq arı südü əldə olunub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə arı ailələrinin sayı 8,3% və ya 41,8 min, bal istehsalı isə 15,7% və ya 787,4 ton artıb.
2019-cu ildə balın 1 kiloqramının orta satış qiyməti 25,1 manat, mumun - 13 manat, vərəmumun - 129,5 manat, güləmin - 77,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,1 manat olub.
2018-ci ildə balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun - 14,2 manat, vərəmumun - 118,4 manat, güləmin - 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat olub.
2017-ci ildə isə balın 1 kiloqramının orta satış qiyməti 23,7 manat, mumun - 11,5 manat, vərəmumun - 116,7 manat, güləmin -  56,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat olub.
Məlumat üçün bildirək ki, 2018-ci ildən etibarən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.
Son 4 ildə Azərbaycanda arı ailələrinin sayı və bal istehsalı aşağıdaki kimi olub:
İllər Arı ailələri Bal istehsalı
2016 260,1 min 2 700,2 ton
2017 271,7 min 3 043,1 ton
2018 501 min 4 993,9 ton
2019 542,8 min 5 781,3 ton
 
Yerli istesaldan başqa ötən il Azərbaycana xarici ölkələrdən 109,6 ton bal idxal olunub və bunun üçün 489,9 min dollar ödənilib. Bu isə o deməkdir ki, ölkəyə gətirilən balın 1 kiloqramının gömrük dəyəri 7,6 manat (4,47 dollar) olub. Xarici ölkələrə isə 33,7 min dollar dəyərində 1,2 ton bal ixrac olunub. İxrac edilən balın 1 kiloqramının gömrük dəyəri 48 manat (28,1 dollar) olub. Əvvəlki illərlə müqayisdə ölkəyə bal idxalı artıb, ixrac isə azalıb.
Son 4 ildə Azərbaycana idxal olunan və Azərbaycandan ixrac olunan balın miqdarı və dəyəri aşağıdaki kimi olub:
İllər İdxal İxrac
  Miqdarı
(ton)
Dəyəri
(min dollar)
1 kq-ın gömrük dəyəri Miqdarı
(ton)
Dəyəri
(min dollar)
1 kq-ın gömrük dəyəri
2016 87,66 314,18 3,6 $ 6,05 48,29 8 $
2017 79,32 362,58 4,6 $ 6,5 54,8 8,4 $
2018 37,5 205,37 5,6 $ 8,24 70,43 8,5 $
2019 109,61 489,9 4,5 $ 1,2 33,71 28,1 $
 
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top