Bakıda koronavirus xəstəsi xəstəxanadan qaçıb? – RƏSMİ AÇIQLAMA


Mətbuatda koronavirus xəstələrindən birinin 1 saylı Şəhər Kliniki Xəstəxanasından (Semaşko) qaçması ilə bağlı məlumat yayılıb.
Sözügedən xəstəxanadan Yeniavaz.com-a verilən məlumata görə mətbuatda bu haqda yayılan məlumatlar əsassızdır: “Xəstələrimizin hamısı yerindədir, mühafizəmiz də var”.
Qeyd edək ki, mətbuatda koronavirusa yoluxmuş şəxsin xəstəxananın pəncərəsindən qaçdığı iddia edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top