Koronavirusdan sağalan iranlı millət vəkili açıqlama verdi


Koronavirusdan xilas olan iranlı millət vəkili Zöhrə İlahiyan xəstəlik barədə danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Zöhrə İlahiyan lazımi tədbirlər görüldüyü təqdirdə koronavirusun təhlükəli olmadığını bildirib: "Vacib olmadığı müddətcə səyahət etməyin, əllərinizi tez-tez yuyun, üzünüzə toxunmayın". Qeyd edək ki, Zöhrə İlahiyan mart ayının 5-də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, bir həftəyə yaxın müayinə edildikdən sonra tam sağaldığını açıqlayıb. Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusa yoluxan iranlı nazir Rıza Rəhmani də sağalaraq xəstəxanadan evə buraxıldığını bildirmişdi. Xatırladaq ki, İranda bugünə qədər 8 mindən artıq adam bəhs etdiyimiz xəstəliyə yoluxub, 291 nəfər bu səbəbilə dünyasını dəyişib, 2 min 731 nəfər isə sağalıb
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top